“Journal of Radiation Researches” jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 14.02.2014-cü il tarixində 3858 say ilə qeydiyyatdan keçərək ildə 2 dəfə olmaqla 2014-cü ildən AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən nəşr edilir.
Jurnalın nəşr edilməsində əsas məqsəd radiasiya tədqiqatları sahəsində olan son elmi nailiyyətlərin elmi müzakirəsi, aktual istiqamətlərin müəyyənləşdirilməsi, ölkəmizdə və dünyada radiasiya tədqiqatları sahəsində alınmış son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır. İngilis dilində çap olunan "Journal of Radiation Researches" jurnalında ölkəmizin, eləcə də xarici ölkə tədqiqatçılarının radiasiya ilə bağlı elmi məqalələri çap olunur.
“Journal of Radiation Researches” beynəlxalq jurnalının baş redaktoru Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, redaktor müavini fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Məhəmməd Bayramovdur. Jurnal on-line və çap şəklində buraxılır. Məqalələrin çap olunması qaydaları jurnalın 4-cü səhifəsində verilmişdir. Məqalələr AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutuna təqdim olunmalıdır. Jurnal AMEA-nın “Elm” nəşriyyatı tərəfindən nəşr olunur.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.