Müəlliflər üçün
Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:
- “The Journal of Radiation Researches” aşağıdakı sahələrdə – radiasiya tədqiqatları və onun praktiki aspektləri, radiasiya kimyası, radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radiasiya texnologiyaları, radiokimya, radiobiologiya, radioekologiya və digər əlaqəli sahələr üzrə orijinal, çap olunmamış məqalələri və kitab icmallarını qəbul edir.
- Məqalələr ingilis dilində yazılmalıdır.
- Məqalə imzalanmış öhdəliklərlə birlikdə CD-də və ya elektron poçt ünvanına ([email protected]) göndərilməlidir. Təqdim olunan məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır: məqalənin adı, müəllifin adı, ünvanı, referat, açar sözlər, tədqiqatın nəticələri, onun əhəmiyyəti və istinadı daxil olmaqla mətn.
- Fayl formatı Times New Roman-da Microsoft Word formatına uyğun olmalıdır. Səhifənin kənar ölçüləri - yuxarı 3 sm., aşağı 3 sm., sol 3 sm., sağ 1,5 sm. Əsas mətn 12 şriftlə, bir boşluq ilə yazılmalıdır. Məqalələr üç nüsxədə təqdim edilməli, 12 şrift həcmində yazılmalı və A4 vərəqinin bir üzünə yığılmalıdır. Məqalənin adı səhifənin ortasında və qalın hərflərlə yazılmalıdır. Müəllifin adı məqalənin başlığının altındakı sətrin ortasında, vahid sətirarası intervalla yazılmalı və sonra müəllifin elektron poçt ünvanı olmalıdır.
- Məqalənin həcmi 10 səhifədən çox olmamalıdır.
- Xülasə ingilis, rus və Azərbaycan dillərində 11 şriftlə, 100-150 söz həcmində yazılmalıdır. Məqalənin xülasəsi məqalənin kontekstinə uyğun olmalıdır. Tədqiqatın nəticəsi, məqalənin innovasiyası və praktiki əhəmiyyəti müəllif(lər) tərəfindən xülasədə qısa şəkildə qeyd edilməlidir. Xülasədə məqalənin adı və müəllif(lər)in tam adı(lar)ı aydın şəkildə yazılmalıdır.
- Açar sözlər altı sözdən çox olmamalıdır.
- Məqalədə PACS əlifba indeksindən istifadə edilməlidir.
- Şəkillər, qrafiklər və cədvəllər nəşr keyfiyyətində və mətnin daxilində olmalıdır. Şəkillər və qrafiklər aşağıda, cədvəllər yuxarıda qeyd edilməlidir.
- İstinadlar mətndə kvadrat mötərizədə verilməli və məqalənin sonunda mətn daxilindəki sıraya uyğun olaraq sadalanmalıdır. Müvafiq olduqda, müəllif(lər)in adı, jurnalın adı/kitabın adı, fəslin adı/məqalənin adı, nəşr ili, cild nömrəsi/kitab bölməsi və səhifə göstərilməlidir.
- Müəyyən bir məqalənin dərc edilməsi haqqında qərar jurnalın redaksiya heyəti üzvlərinin rəyi və tövsiyələri əsasında qəbul edilir. Jurnalın redaksiya heyətinin üzvləri məqalənin müəllifindən dərc edilməzdən əvvəl məqaləyə düzəlişlər etməyi xahiş edə bilərlər.
Redaksiyanın ünvanı: Az1143, B.Vahabzadə küç., 9, Bakı şəh., Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, "Journal of Radiation Reaserches" jurnalının redaksiyası
E-poçt ünvanı: [email protected], [email protected], [email protected]
Son buraxılış